Öz ad günündə bıçaqlanan məşhur boksçumuzdan AÇIQLAMA - YENİLƏNDİ

Baxış sayı:
4447

Bakıda keçirilən 4-cü İslam Həmrəylik Oyunlarının boks yarışlarında 69 kq çəki dərəcəsində gümüş medal qazanan Tamerlan Abdullayev bıçaqlanıb.
Bu barədə Publika.az-a boksçunun özü məlumat verib.
O bildirib ki, hazırda xəstəxanadadır vəziyyəti yaxşılığa doğru gedir:
"Dünən əməliyyat olunmuşam. Vəziyyətim yaxşıdır. Yəqin ki, səsimdən də hiss edirsiz ki, yaxşıyam. Təşəkkür edirəm".
Xatırladaq ki, boksçumuz 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

***

Bakının Nəsimi rayonu ərazisində boks üzrə Azərbaycan çempionu bıçaqlanıb.
"Report" xəbər verir ki, 1992-ci il təvəllüdlü Abdullayev Tamerlan Namiq oğlu iaşə obyektlərinin birində öz doğum gününü qeyd edib.
Həmin vaxt o, restoranda tanımadığı şəxslə mübahisə edib və restorandan bayıra çıxarılaraq bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. T.Abdullayev cərrahi əməliyyat olunub. Həkimlərin verdiyi məlumata görə, xəstənin vəziyyəti orta-ağırdır.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları hadisənin dəqiq səbəblərini araşdırır.
T.Abdullayev IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları üzrə 69 kq. çəki dərəcəsində gümüş medal qazanıb. İdmançı, o cümlədən 2013-cü il boks üzrə Avropa çempionatında 1/4 finala çıxıb. 2013-cü ildə isə 69 kq. çəki dərəcəsində boks üzrə ölkə çempionu adına layiq görülüb.