Oyun kəskinləşir: Ermənistanla qondarma qurum arasında qarşıdurma dərinləşir

Baxış sayı:
4213

 “Mən istefa verməyəcəm. Qarabağda mənim istefaya göndərilməyim barədə məsələ müzakirə olunmur”. 

 
Ordu.az xəbər verir ki, bunu erməni KİV-lərinə müsahibədə Balansanyan işğal altında olan Qarabağda özünün “təhlükəsizlik şurasının katibi vəzifəsi”ndən azad ediləcəyi ilə bağlı erməni ordusunun yaranma günü Yerablurda (İrəvanda ölən hərbçilərin dəfn edildiyi təpənin adı) səsləndirilən fikirlərə münasibət bildirərkən qeyd edib. 
O, Ermənistandan heç kimin istefasına kömək göstərə bilməyəcəyini qeyd edib və bunu vəzifə səlahiyyətlərinin icrası ilə əlaqələndirib. Onun sözlərinə görə, buna baxmayaraq, qondarma qurumun “rəhbəri” belə bir müvafiq qərar qəbul edər.
Balasanyan bunu Rusiyanın, Moldovanın hakimiyyət qurumlarını digər dövlətlərdən birində kiminsə istefaya göndərilməsinə çağırış etməsinə bənzədib. O, Yerablurda dediklərini təkrar edərək, bir daha qeyd edib ki, “1 Mart” cinayət işinin Konstitusiya quruluşunun dəyişdirilməsi maddəsi ilə bağlanmasını gülünc hesab edir. 
İşğal altında olan Qarabağda vaxtından əvvəl “seçki” ola biləcəyi istisna edilməyərək qeyd edilirdi ki, belə olan halda Ermənistan hakimiyyətinin namizədi Arayik Harutyunyan, Koçaryan komandasının namizədi isə böyük ehtimalla Balasanyan olacaq. Balasanyan bununla əlaqədar qeyd edib ki, “seçki”lərdə iştirak edəcəyinə dair qərar verməyib və əgər iştirak etməyə qərar verərsə, o zaman xalqın namizədi olacaq. 
Balasanyan kiminsə namizədi ola biləcəyinə dair ehtimallarının birdəfəlik unudulmalı olduğunu söyləməsi ilə birlikdə, İrəvanla Xankəndi arasındakı mövcud qarşıdurmanın kəskinləşdiyindən xəbər verir. 
Maraqlıdır ki, əslində Vitali Balasanyan İrəvanda onun istefasını görmək istədiklərini gizlətmir. Lakin o, qondarma qurumun “çətiri” altında olduğunu xatırlatmaqla istefa verməyəcəyini izah edir. 
Əlbəttə Balasanyanın qondarma qurumun Rusiya və Moldova ilə bərabər tutması layiqli hal deyil, lakin erməni generalın bu sözləri Ermənistanla qondarma qurum arasındakı münasibətləri barədə danışarkən deməsi daha da qeyri-müəyyənlik yaradır. Lakin Balasanyan birmənalı olaraq yaxşı bilir ki, Moldova dünyada istənilən səviyyədə tanınmış ölkədir. Regiona bənzərliyi isə onu da tərkibində qondarma qurumun mövcud olmasıdır... 
Nəticədə qeyd edək ki, ümumiyyətlə dərin düşünsək Ermənistan və qondarma qurum arasında uçurumun getdikcə böyüdüyünü görərik. Artıq qarşıdurma çoxşaxəlidir – təkcə Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə aid deyil, bura daxili siyasətə dair bir sıra məsələlər də daxildir.