"Oxuya bilmir, necə "Əməkdar artist" oldu?" - Xatirə lağa qoydu

Baxış sayı:
721

Müğənni Xatirə İslam fəxri ad alan bəzi həmkarlarını lağa qoyub.
Musavat.com xəbər verir ki, ifaçı "Show news" verilişinə açıqlamasında səsi olmayan ifaçılara atmaca atıb: "19 ildir, peşəkar səhnədəyəm. İlk konsertimi 2000-ci ildə Heydər Əliyev Sarayında vermişəm. Hələ də Türkiyəyə gedib, hər ay səs dərsləri alıram. Mənim sənətimə söz demək istəyən insan, gərək musiqini çox bilsin. Görürəm ki, sənətdə məndən zəif olan "Əməkdar artist" adı aldı. Oxuya bilmir, necə oldu? Bunları görəndə küsürəm, efirə də çıxmıram. Deyirəm, qurtardı. Bir-iki müğənni var, oxuya bilmirlər. Baxırsan, gedir konsert verir. Deyirəm, bu, necə oxuyacaq? Amma onlara da qulaq asanlar var".