Övladınızı sizdən xəbərsiz içdən "yeyən" xəstəlik - Vaxtında müalicə olunmazsa... - FOTO

Baxış sayı:
409

"Filan şeyə toxunsam, mikrob düşər?", "Görəsən, qazı, suyu açıq qoymamışam?", "Ayyaqabılarım, paltarlarım simmetrik olmasa başıma iş gələ bilər", "Bir şeyi 3 dəfə etməsəm, işlərim yolunda getməz...

Əgər bu düşüncələr sizi narahat edirsə, stress keçirməyinizə səbəb olursa, həyat tərzinizə manedirsə obsesiv, kompulsiv pozğunluqdan əziyyət çəkirsiniz deməkdir.

Məsələn, birinin əlləri təmiz olmasına rəğmən, onun çirki olduğunu düşünməsi obsessiya, bu düşüncədən qurtulmaq üçün davamlı olaraq əllərini yuması isə kompulsiyadır.

Milli.Az bildirir ki, bu xəstəliyə bizim dildə "vərdiş pozğunluğu" da deyirlər. Uşaqlıqdan başlayan OKP (obsesiv, komplusiz pozğunluq) yaş artıqca müalicə olunmasa, sonradan bütün həyat tərzini dəyişəcək hal alır.

Təmizlik, hərəkəti 3 dəfə təkrarlama, rəqəmlərin uğurlu-uğursuz olduğunu düşünmə, şübhə, nəyisə tez-tez yoxlamaq, simmetriya problemləri kimi narahatlıqlar xəstəliyin əsas əlamətləridir.

Çox zaman 7 yaşda "peyda" olan xəstəlik, əsasən, məsuliyyət hissi yüksək, bacarıqlı, əzmli, gərgin və perfektsionist insanlarda yaranır. Ailədə OKP-dan əziyyət çəkən varsa, xəstəlik onun övladında da özünü biruzə verir.

Uşaqlarını tez-tez tənqid edən, onlardan "mükəmməl" olmağını istəyən, ayıb və ya günah kimi qavramları şişirdilmiş formada başa salan valideynlərin övladlarında belə xəstəliklərə daha çox rast gəlinir.

Vaxtında müalicə olunmayan "vərdiş pozğunluğu" insan üçün gələcəkdə psixoloji cəhətdən ciddi problemlər yarada bilər. Bu, təkcə onun özünü yox, ətrafındakı insanları da narahat edən hal alacaq.

OKP-ni davranış terapiyası və dərman müalicəsi ilə təsirli şəkildə müalicə etmək olur. OKP digər psixiatrik xəstəliklərə görə müalicəyə daha müqavimətlidir.