​Övladını məktəbdən gətirən qadını maşın vurdu - BAKIDA

Bakının Binəqədi rayonu ərazisində qadını maşın vurub.
"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsinin Mikayıl Mikayılov küçəsində qeydə alınıb.
1990-ci il təvəllüdlü Paşayeva Elnarə Ramiz qızı övladını oxuduğu 301 saylı orta məktəbdən gətirən zaman onu minik avtomobili vurub. Yaralı qadın xəstəxanaya yerləşdirilib.
Hadisə barədə Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.