​"Övlad sahibi olmaq üçün ailə olmasa da olar" - Xəyalə Manaflı - VİDEO

Baxış sayı:
280

ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı ifaçı Xəyalə Manaflı olub.
Müğənni ağır depressiya yaşadığı zamanlardan danışıb:
“Həmin dönəmdə üst-üstə gələn çox şeylər oldu. Çəkim 42 kiloqrama qədər düşmüşdü. Bütün günü evdə, yeyib-içmirdim, həyata marağım itdi. Hər kəsdən uzaqlaşdım. Burada həm şəxsi, həm sənət məsələsi var idi. Dostlardan riyakarlıq gördüm, tanıdığım və tanıdığımı zənn etdiyim insanlardan zərbələr aldım. Bütün bunlar 1 ilin içərisində baş verdi. Bu hal 2 il davam etdi. Ailəm də mənimlə bərabər dərin depressiyada idi. Toyum olacaqdı, bütün Azərbaycanın gözü bizdə idi. Toyuma 20 gün qalmış hər şey səbəbsiz yerə dağıldı. İşdən səbəbsiz çıxarıldım, haqsızlığa uğradım. Dərindən dərinə düşdüm. Bu, üzdən bilinmirdi, o dönəm efirə çıxırdım. İndi həmin lent yazılarına baxanda görürəm ki, üzümdə heç bir yaşam simptomu yoxdur. Özüm-özümə niftər edirdim. İntihara cəhdlərim oldu, amma boşa çıxdı. Özümü o durumdan çıxarmağa çalışdım. Psixoloji kitablar oxumağa başladım. Məni o durumdan çıxaran kimsə yox idi. Başa düşdüm ki, insan həyata tək gəlib, tək də gedəcək. Amma yaxşı ki, bütün bunlar keçib getdi. Hərçənd həmin illərdə vaxt keçmirdi”.
Daha sonra o, tənhalıq fobiyası yaşadığını da etiraf edib:
“Məndə tənhalıq fobiyası yaranmağa başladı. Bir neçə il bundan əvvəl belə bir period yaşadım. Fikirləşdim ki, yaşım irəlilədikcə bioloji olaraq övlad sahibi olmağımda çətinləşə bilər. Kimləsə münasibət qurmaq, onun kaprizlərinə dözmək də mənə artıq çətinlik törədə bilər. Valideynlərim bu gün var, amma 10-20 ilə onlar olmaya bilər. Mən həyatımı davam etməliyəm. Təklikdə qalmaq fobiyam yarandı. Düzdür, uşaq psixologiyası üçün ailə mütləqdir. Lakin, düşündüm ki, övlad sahibi olmaq üçün ailə olmasa da ola bilər. Müasir tibb də buna icazə verir. Ailəmlə dəfələrlə bu haqda söhbət etmişəm ki, mənə görə narahat olmayın. Əgər bəlli yaşıma qədər siz məni gəlinlikdə görməsəniz belə mən tənha ölməyəcəm. Qismət olar övladım olar, olmasa da itdən, pişikdən saxlayıb başımı qatacam. Nə edim, bununla mübarizə aparmaqçün falçılara gedim?! Heç kimə tövsiyə etmirəm. İnsanlar ilk olaraq öz hisslərinə inanmalıdırlar”.