​Ovannisyandan SENSASİYALI SÖZLƏR: Sarkisyanı hakimiyyətdən Bakı uzaqlaşdırdı, indi isə Paşinyan...

Baxış sayı:
6163

“Azərbaycan cəbhədə yeni qüvvələr toplayır və zamanı gələndə bundan Qarabağda istifadə edəcək”.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, bu iddia ilə erməni ekspert Taron Ovannisyan çıxış edib.
Onun sözlərinə görə, Bakı Ermənistanın yeni hakimiyyətinə “aprel müharibəsi” mesajı verir.
“Azərbaycan bildirir ki, Serj Sarkisyan “aprel müharibəsi”ndə məğlubiyyətə görə hakimiyyətini itirdi. Əgər yeni hakimiyyət münaqişənin nizama salınması təklifi ilə razılaşmasa, “aprel müharibəsi” təkrarlanacaq. Bəzi postların Azərbaycan sərhəd qoşunlarına verilməsi yeni hazırlıqdan xəbər verir”, - deyə o bildirib.