​ÖTƏN HƏFTƏNİN “QƏHRƏMANI” MİKAYIL CABBAROV OLDU – 10-cu sinif tarix dərsliyi onu həftənin “mətbuat ulduzu” etdi

Mətbuatda özündən ən çox bəhs etdirən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ikinci yeri tutur…

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.

Ötən həftə - 02-08 oktyabr 2017-ci il tarixlərində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs təhsil naziri Mikayıl Cabbarov olub. Onun barəsində 3 eyni məzmunlu, müxtəlif adlı yazı 21 elektron KİV-də işıqlandırılıb. Mövzu isə 10-cu sinif rus dili sektoru üçün nəzərdə tutulan “Azərbaycan tarixi” dərsliyində yer alan xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin ərazilərinin təsvir olunması ilə bağlı müzakirələr olub. 

Mətbuatda ən çox adı hallanan 2-ci məmur 3məlumatın 14 elektron KİV vasitəsilə yayımlanması ilə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov olub. Onun barəsində gedən yazılar ““Azərsu”ASC-də daxili çəkişmə və Hüseynovun “qara dosye”si”, ““Azərsu”da idarə rəisi olmaq 200 min manatdır”, “Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!”““Azərsu”dakı korrupsiya Bakını çökdürür… – Qorxmaz Hüseynov milyonları hara xərcləyib?” başlıqları altında işıq üzü görüb.

Araşdırma müddəti ərzində gündəmi ən çox zəbt edən 3-cü məmur isə “Fərhad Əliyevin qayıdışı Kərəm Həsənovun canına vəlvələ saldı”“Kərəm Həsənovun xəyanət və imperatorluq tarixçəsi: Fərhad Əliyevdən prezidentədək” adlı iki məqalənin 9 saytda dərc olunması ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov olub.


Muxalifet.az