​ÖTƏN HƏFTƏNİN “LİDERİ” OLAN İCRA BAŞÇISI – Raqub Məmmədov mətbuatda özündən ən çox bəhs etdirən başçıdır

İkinci yeri Qazax rayonunun icra başçısı Rəcəb Babaşovla Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qaraşov bölüşdürür

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.

Beləliklə, ötən həftə mətbuatda ən çox adı hallanan icra başçıları arasında 1-ci yeri “Ağdamın icra başçısı məhkəməyə çağırıldı: dələduzluq ittihamı”“Keçmiş icra başçısı indiki icra başçısını ittiham edir...” adlı 2 məqalənin 8 elektron KİV-də yayımlanması ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov olmuşdur.

Hesabat dövründə adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “Qazaxda icra başçısı 2-ci qrup əlili “həsir-yesir” edib” adlı məqalənin 5 elektron KİV-də yayılmasıyla Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və

“İcra başçısı vətəndaşı döydürdü – Nizami rayonunda daha bir qalmaqal” adlı məqalənin də eyni sayda elektron KİV-də yayımlanması ilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qaraşov bölüşdürür.

Nəhayət mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 3-ci yeri isə “İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb” adlı məqalənin 4 elektron KİV-də yayılmasıyla Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyev və

“Razim Məmmədovun çətir tutanı var imiş – Prezidentlərdən dərs alan İcra başçısı” adlı məqalənin də eyni sayda elektron KİV-də yayımlanması ilə  Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bölüşdürür.
 
Muxalifet.az