​Ötən həftə ən çox hansı sayt məmurlardan yazdı? - STATİSTİKA

Baxış sayı:
10333

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Əlavə olaraq, hər həftə məmurlar, deputatlar və icra başçıları, eləcə də digər şəxslər haqda yazıların dərc olunduğu saytların statistikasını da cədvəl şəklində sizlərə təqdim edəcəyik. Qeyd edək ki, həftəlik (01-07 yanvar) təhlil üçün əldə edilən 115 məlumat ümumilikdə 42 elektron KİV-də yayılmışdır. Onlardan 29-da bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində digər 13 saytın paylaşım statistikası aşağıdakı cədvəldəki kimidir: Bu həftədə ərzində ən çox bu tip məlumatları paylaşan teref.info saytı olmuşdur. Bu saytın paylaşdığı 14 məlumatdan 2-i ilk dəfə olaraq burada verilmişdir. Muxalifet.az