Ötən həftə mətbuatın gündəmində olan icra başçısı – NİZAMƏDDİN QULİYEV

Gədəbəyin icra başçısı Ramiz Yediyarov ikinci, Binəqədinin başçısı Xaləddin İsgəndərov üçüncü yeri bölüşdürür
 

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.

Beləliklə, ötən həftə mətbuatda ən çox adı hallanan icra başçıları arasında 1-ci yerdə  “Goranboy icra başçısından Prezidentə daha bir xəyanət: PAMBIQ SAHƏLƏRİ BELƏ MƏHV EDİLDİ” “İcra başçısını ifşa edən məmur işdən qovuldu” başlıqlı  2 məqalənin  15 elektron KİV-də yayılması ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev olmuşdur.

Hesabat dövründə adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “Arzu Rəhimov Ramiz Yediyarovun “veteranlıq” alverinə icazə verdi” adlı məqalənin 12 elektron KİV-də yayımlanması ilə  adı Arzu Rəhimovla birgə hallanan Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 3-ci yeri “Beyləqanda sakinlər narazılıq edir” adlı məqalənin 7 elektron KİV-də yayılmasıyla Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev  və “Xaləddin İsgəndərov keçmiş MTN-nin adamını vəzifəyə gətirir – ZİYA MƏMMƏDOVUN KADRI ƏVƏZLƏNİR” adlı məqalənin də eyni sayda elektron KİV-də yayımlanması ilə Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bölüşdürür.

Muxalifet.az