​Ötən həftə məmurları ən çox tənqid edən saytlar – STATİSTİKA

Baxış sayı:
217

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlməkdədir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlər təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Əlavə olaraq, hər həftə məmurlar, deputatlar və icra başçıları, eləcə də digər şəxslər haqda yazıların dərc olunduğu saytların statistikasını da cədvəl şəklində sizlərə təqdim edəcəyik.

Qeyd edək ki, 26 noyabr – 01 dekabr 2018-ci il tarixində həftəlik təhlil üçün əldə edilən 92 məlumat ümumilikdə 38 elektron KİV-də yayılmışdır. Onlardan 24-də bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində 14 elektron KİV arasında xalqxeber.az, ikinci yerdə isə dia.az saytı ən çox bu kimi məlumatları paylaşmışlar. Xalqxeber.az-ın paylaşdığı məlumatlardan 5-i ilk dəfə bu saytda verilmişdir.
Ümumilikdə, saytların paylaşım statistikası aşağıdakı cədvəldəki kimi olmuşdur:
 

Muxalifet.az
Qeyd: Az sonra cədvəldə adı keçən məmurlar, icra başçıları və deputatlar haqqında daha ətraflı məlumat verəcəyik.