Ötən həftə məmurlar haqda ən çox yazan saytların STATİSTİKASI - DAHA ÇOX HANSI MƏMURLAR HƏDƏFDƏDİR?

Baxış sayı:
10498

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlməkdədir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlər təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Əlavə olaraq, hər həftə məmurlar, deputatlar və icra başçıları, eləcə də digər şəxslər haqda yazıların dərc olunduğu saytların statistikasını da cədvəl şəklində sizlərə təqdim edəcəyik.

Qeyd edək ki, 07-13 avqust 2018-ci ildə həftəlik təhlil üçün əldə edilən 84 məlumat ümumilikdə 40 elektron KİV-də yayılmışdır. Onlardan 26 – da bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində 14 elektron KİV arasında Xalqxeber.az ən çox bu kimi məlumatları paylaşmışdır. Paylaşdıqları məlumatlardan 3-ü ilk dəfə bu saytda verilmişdir.
Ümumilikdə, saytların paylaşım statistikası aşağıdakı cədvəldəki kimi olmuşdur:


Muxalifet.az
 
Qeyd: Hər bir mövzu ilə bağlı az sonra daha ətraflı məlumat verəcəyik.