Ötən həftə məmurlar haqda ən çox hansı sayt yazdı? - STATİSTİKA

Baxış sayı:
10564

 
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Onu da bildirək ki, bu həftədən etibarən məmurlar, deputatlar və icra başçıları, eləcə də digər şəxslər haqda yazıların dərc olunduğu saytların statistikasını da cədvəl şəklində sizlərə təqdim edəcəyik.

Diqqətinizə çatdıraq ki, həftəlik (04-10.12.2017) təhlil üçün əldə edilən 140 məlumat ümumilikdə 46 elektron KİV-də yayılmışdır. Onlardan 20-də bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində digər 26 saytın paylaşım statistikası aşağıdakı cədvəldəki kimidir:
 
Bu həftə də, keçən həftə ərzində olduğu kimi, bu tip məlumatları ən çox paylaşan xalqxəbər.az  saytı olmuşdur. Bu saytın paylaşdığı 10 məlumatdan 4-ü  ilk dəfə olaraq dərc edilmişdir.
Saytın paylaşdığı 10 məlumatdan biri “Vergi düyünü: Kəmaləddin Heydərovun yeznəsinin vəzifədən getməsinin – Sirri” adlı məqalə FH naziri Kəmaləddin Heydərovla, "Heç düşməninə də buradan ev almağı məsləhət görmə" - "Kristal Abşeron" yazısı deputat Ağalar Vəliyevə və yerdə qalan 8 yazı isə ölkənin müxtəlif rayonlarının icra başçılarına aid olmuşdur.
 

Muxalifet.az