​Ötən ay Azərbaycanda 1600-ə yaxın partlamamış hərbi sursat aşkarlanıb

Baxış sayı:
6322

2018-ci ilin mart ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Goranboy, Xızı, Lənkəran, Tərtər, Yevlax rayonları və Sumqayıt şəhəri ərazisində 4,410,908 m2 (441.09 ha) ərazi yoxlanılıb, 1,541 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 1,542 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 518,051,689 m2 (51,805.17 ha) ərazi təmizlənmiş və 794,151 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.