​Ötən ay 12 nəfəri ilan sancıb

Baxış sayı:
3448

Son 1 ay ərzində Azərbaycanda qeydə alınan ilan və həşərat sancmalarının sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov musavat.com-a açıqlamasında bildirib ki, iyul ayında 12 nəfər gürzə, 4 nəfər əqrəb, 2 nəfər isə qara qurd sancması ilə Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinə yerləşdirilib.
A.Maqsudov qeyd edib ki, gürzə sancması hadisələri əsasən Azərbaycanın müxtəlif rayonlarında - İsmayıllı, Şirvan, Hacıqabul, Kürdəmirdə, Şəmkir, Bakının Qaradağ, Xəzər rayonlarında, Zirə və Güzdək kəndlərində qeydə alınıb.