Otellərdə nikah kağızına ehtiyac varmı? - AÇIQLAMA - VİDEO - FOTO

Baxış sayı:
4465

Ölkədəki bəzi otel və istirahət mərkəzlərinə üz tutan müştərilər çıxılmaz vəziyyətdə qalırlar. Çünki əksər vaxt müştərilərdən evliliyi sübut edən sənəd tələb olunur. Bu da insanlar tərəfindən birmənalı qarşılanmadığı kimi haqlı narazılığa səbəb olur.

Muxalifet.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Üz tutduğumuz bəzi otellər səbəb kimi mehmanxanalarının əxlaqsızlıq məqsədilə istifadə olunacağından və imiclərinin zədələnəcəyindən ehtiyat etdiklərini bildirdilər.

Fəxri Məmmədli - Otelin müdir müavini: "Nikah kağızı istəyirik, olmasa buraxılmır. Otelimizə ailələr çox gəlir, ona görə özbaşınalıqların qarşısını almaq istəyirik. Gələn alilələr rahat istirahət etsin".

Cütlüklərin oteldə qalmaq barədə razılığı varsa, yerli vətəndaşlardan şəxsiyyət vəsiqəsi, xarici vətəndaşlardan isə xarici pasportun tələb edilməsi kifayətdir. Əgər otel işçiləri şəxslərdən nikah kağızı istəyirsə, bu zaman insanların şəxsi toxunulmazlığı, konstutision hüququ pozulmuş olur.

Azər Yusifli - Otel meneceri: "O əvvəllər idi ki, nikah kağızı istəyirdilər. İndi mən bilən elə bir şey yoxdur".

Tezliklə yaradılacaq otellər assosisiyası ilə məsələnin öz həllini tapacağı gözlənilir.

Bu cür faktla üzləşənlər haqlarının pozulduğu iddiası ilə məhkəməyə müraciət edə bilər.

Videonu izləmək üçün şəklə klikləyin: 

Otellərdə nigah kağızına ehtiyac varmı? - AÇIQLAMA