Osman Gündüz: “Bu rüsum 3000 faizədək qaldırılıb”

Baxış sayı:
8986

“Dünən yeni telefon alan dostumuzla söhbət edirəm. Evdəki interneti pis gündədir. NRYTN-nin (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) arxasınca asıb-kəsir. Telefona nəzər salıb, dedim ki, elə indicə 25 manat pulu da verdin NRYTN-ə. Az qaldı telefonu qaytara…”
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib. Tanınmış ekspert mobil telefonların qeydiyyatı üçün ödənilən məbləğin hansı qurumlar arasında bölünməsini də izah edib:
“Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mövcud qanunvericiliyə görə 700 -1000 manat ətrafında mobil telefon alanların ödədiyi 100 manat dövlət qeydiyyat rüsumu aşağıdakı qaydada bölüşdürülür:
1. 5 manat Prezident Administrasiyasına
2. 25 manat NRYTN hesabına
3. 70 manat dövlət büdcəsinə
Ötən il NK mobil cihazların qeydiyyat rüsumunu 3000 faizədək qaldırıb”.