Ortalığı qarışdıracaq iddia! ABŞ-a "gizli baza”..

Baxış sayı:
763

ABŞ-ın 2013-2017-ci illər arasında Kiprdəki İngilis Ağrotur hərbi bazasını gizli bir şəkildə istifadə etdiyi ortaya çıxıb.
 
“ABC News” kanalının xəbərinə görə, ABŞ-ın İngilis bazasından, təhlükəli bölgələrdən hərbi personal təxliyəsi üçün istifadə etdiyi bildirilib. 5 vertolyot və 40 personalın yerləşən bazanın 4 illik xərcinin isə 70 milyon avro olduğu iddia edilib. Təpkilərdən sonra açıqlama verən Yunan Kiprinin hökumət sözçüsü Prodromos Prodromu, "Xəbərin məzmununu ABŞ mənbələrinə sorun" - deyib.
Qeyd edək ki, ABŞ, 2012-ci ildə İngilis bazalarını istifadə etmək istəmiş, ancaq bu tələb rədd edilmişdi. Ayrıca Suriyanın Rakka və digər bölgələrindən zaman-zaman İŞİD terrorçularının da təxliyyə edilməsi hadisələri də heç kimsənin yadından çıxmayıb və görünür ki, Kiprdəki İngilis bazasından istifadə edərkən təkcə Amerikan hərbi personalını deyil, işinə yarayan terrorçuların da təxliyyəsini bu baza üzərindən həyata keçirib.
Müxalifət.az