Orta yaşlı qadını avtomobil vurdu - ABŞERONDA

Şakirova Xasan xəstəxanaya yerləşdirilib
Abşeronda orta yaşlı qadını avtomobil vurub.
Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Abşeron rayonunda baş verib.
Belə ki, yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Şakirova Xasan Sərdar qızını minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır