​Orta məktəbdə bayrağımız tərsinə asıldı – TƏHSİL ŞÖBƏSİ FOTOLARI PAYLAŞDI, ANCAQ...

Baxış sayı:
18061

Astara rayon Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbində Azərbaycan bayrağı tərsinə asılıb.

Bu haqda Muxalifet.az-a oxucularımız tərəfindən məlumat verilib.
Bildirilir ki, bir müddət əvvəl sözügedən təhsil ocağında ədəbiyyat bilicilərinin məktəbdaxili seçim turu keçirilib. Astara rayon Təhsil Şöbəsinin əməkdaşlarının da iştirak etdiyi seçim turu zamanı dövlət bayrağı imtahan keçirilən otaqda tərsinə asılıb.
Maraqlıdır ki, Astara rayon Təhsil Şöbəsi özünün Facebook səhifəsində seçim turu ilə bağlı fotolar paylaşarkən, bayrağın tərs asılması ya diqqətdən qaçıb, ya da bilgisizlik səbəbindən bu yanlışı düzəldən olmayıb.  
Oxucumuz tərəfindən göndərilən fotonu təqdim edirik: