Orta məktəbdə Aşura tədbiri... - Və yaxud Təhsil Nazirliyinin Ağsudan xəbəri var?

Kəmaləddin Heydərov sonuncu kadrlarını da belə itirməkdədir...

Baxış sayı:
12856

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləlkilə, 11-17 sentyabr 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs təhsil naziri Ceyhun Bayramov olub. Onun barəsində “Orta məktəbdə Aşura tədbiri - Mingəçevir şəhər məktəbi mollaxanaya çevrilib?”, “İcra başçısı baxça müdirəsini təhqir edib işdən qovdu”, “Ceyhun Bayramov: Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetiriləcək”, “Şagirdlərin dərs yükü bizi narahat edir - Ceyhun Bayramov”, “Təhsil naziri Aşura günü və şagirdlərin dərsdə iştirakı haqda”, “Ceyhun Bayramov: “Məktəb rəhbərliyi Aşura günü şagirdlərin dərsdən yayınmamasına diqqət yetirməlidir””, “Təhsil naziri: "İbtidai siniflərdə dərs yükünü yüngülləşdirmək üçün layihə hazırlanıb"”, “Təhsil Nazirliyinin Ağsudan xəbəri var? - Saxta diplom... Ailə səltənəti... - Ağır ittihamlar”, “Təhsil Nazirliyinin dərs yükü planı: Böyüklər yenə unuduldu?”, “Ceyhun Bayramovun Aşura fiaskosu: Mingəçevir direktoru naziri saymır?” başlıqlı 10 məqalə ümumilikdə 17 elektron KİV-də işıqlandırılmışdır.
 
Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri fövqəlada hallar naziri Kəmaləddin Heydərov ““Föqəlnazir”in sonuncu kadrları da “çamadanını” hazırlayıb?-Əsgər Abdullayev və Rza Həsənəliyev”, “Kəmaləddin Heydərov sonuncu kadrlarını da belə itirməkdədir”, “KƏMALƏDDİN HEYDƏROV MALİYYƏ BÖHRANI YAŞAYIR - Boks və Taekvando federasiyalarına maddi yardımlar tamamilə dayandırıldı”, “Məmurların rəhbərlik etdiyi idman federasiyaları: Kim nə işlə məşğuldur?”, “GÖMRÜK KOMİTƏSİNDƏ NÖVBƏTİ ŞOK DƏYİŞİKLİK – Heydərovun yeznəsi işdən uzaqlaşdırıldı!”, “Səfər Mehdiyev Kəmaləddin Heydərovun yeznəsini nəyin üstündə işdən çıxarıb?”, “Kəmaləddin Heydərovun səhhətində problem yarandı”, “Kəmaləddin Heydərov paradda niyə iştirak etməyib? - İddia + FOTOLAR”,  “Kəmaləddin Heydərovun paradda iştirak etməməsinin səbəbi açıqlandı (FOTOLAR)” başlıqlı 9 məqalənin 16 elektron KİV-də yayılması ilə tutur.
 
Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Əbülfəz Məlikovun YAĞLI GEDİŞLƏRİ... - Və yaxud Səfər Mehdiyevə söykənən ÖZBAŞINALIQ”, “Əbülfəz Məlikovdan daha bir SABOTAJ - Bu prosesdən Səfər Mehdiyev də faydalanıb..”, “Sükan arxasında dəliqanlılıq edən keçmiş GÖMRÜK KRALI... - İDDİA” başlıqlı 3 məqalənin 8 elektron KİV-də yayılması ilə Broker MMC-nin rəhbəri Əbülfəz Məlikov tutur.
 
Xanım deputatın Hüseyn Abdullayevi müdafiə etməsinin TƏFƏRRÜATLARI
 
Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Hakim deputat oğlunun təzminat ödəməsi haqda qətnaməni vermir”, “Xanım deputatın Hüseyn Abdullayevi müdafiə etməsinin təfərrüatları - Stenoqram”, “Deputat Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işində şahidlər dindirilib”, “Həbib Axundovu ittiham edən şəxsi öz sürücüsü "ələ verdi"”, “DEPUTAT OĞLUNA QARŞI DƏLƏDUZLUQ EDƏN ŞƏXSİN MƏHKƏMƏSİNDƏ MÜBAHİSƏ…”, “SON DƏQİQƏ:Məhkəmədə aləm bir-birinə dəydi-DEPUTAT OĞLUNA GÖRƏ” başlıqlı  6 məqalənin 12 elektron KİV-də yayılması ilə deputat Elmira Axundova tutur.

Mətbuatda ən çox adı hallanan Milli Məclisin deputatları siyahısında 2-ci yeri Ülvi Quliyev “Deputatın adı "DƏRMAN MAFİYASI" işində... - İDDİA” başlıqlı 1 məqalənin 6 elektron KİV-də yayılması ilə tutur.

Mətbuatda ən çox ad hallanan Milli Məclisin deputatları siyahısında 3-cü yeri “Cavanşir Feyziyevlə bağlı ilginc iddia…”, “CAVANŞİR FEYZİYEVİN ADI “DƏRMAN MAFİYASI İŞİ”NƏ QARIŞA BİLƏRMİ?” başlıqlı 2 məqalənin 3 elektron KİV-də yayılması ilə Cavanşir Feyziyev tutur.

Muxalifet.az