​Orta ixtisas müəssisələrinə qəbulun nəticələri AÇIQLANDI

Baxış sayı:
7600

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini avqustun 8-də saat 17:10-dan etibarən internet səhifəsində yerləşdirib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a məlumat verilib.
Bildirilib ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma faizi Azərbaycan bölməsi Rus bölməsi Bölmələr üzrə cəmi

Dövlət

(ödənişsiz) 4176 4000 113 4113 98,49
 
Dövlət

(ödənişli) 4964 4481 89 4570 92,06
Özəl 755 720 9 729 96,56
Cəmi 9895 9201 211 9412 95,12
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2018-ci il avqustun 9-dan 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.