Orta Asiya və Azərbaycan üçün İŞİD təhlükəsi – Rusiyadan xəbərdarlıq

Baxış sayı:
11188

Rusiya kəşfiyyat xidməti FTX İŞİD-ın Orta Asiyada Əfqanıstan mərkəzli yeni bir təşkilatlanma etdiyi xəbərdarlığını edib. Mövzuya münasibət bildirən rus alim Andrey Zdrojewski “Dünyanın diqqəti Orta Şərqə çevrildiyi üçün İŞİD-ın Pakistan və Hindistanın şimalında, Əfqanıstanın dağlıq bölgələrində və Orta Asiya respublikalarının içində silahlı mübarizəyə hazırlandığına hələ dünyanın diqqəti çəkilə bilməyib” deyib.
 
Qeyd edək ki, Rusiya Kəşfiyyat Təşkilatının (Rusiya Federal Təhlükəsizlik Xidməti - FSB) direktoru Aleksandr Bortnikov ötən günlərdə İŞİD-ın bir tərəfdən Hindistan və Pakistanın ucqar bölgələrində özlərinə əyalətlər elan edərkən, digər tərəfdən də Özbəkistan, Azərbaycan, Tacikistan və Qırğızıstanda özəklərin yaradılması prosesinə başladığını açıqlamışdı. FTX-nın yalnız ötən il bu bölgədə 8 İŞİD özəklərinin çökdürdüyünü ifadə edən Bortnikov, 5 mindən çox döyüşçünün bu ölkələrdə düşərgələr yaratmağa başladığını vurğulayıb.
 Bununla bağlı münasibət bildirən Zdrojewski, bu açıqlamanı edib: "İŞİD Suriyadakı məğlubiyyətindən sonra iki hissəli təşkilatlanmağa başladı. Dünyanın diqqəti Orta Şərqə çevrildiyi üçün İŞİD-ın Pakistan və Hindistanın şimalında, Əfqanıstanın dağlıq bölgələrində və Asiya respublikalarının içində silahlı mübarizəyə hazırlandığına hələ dünyanın diqqəti çəkilə bilməyib. İŞİD yox olmadı, məkan dəyişdirdi".
 
HƏDƏFLƏRİ KÖÇÜ YAYMAQDIR 
 
"Rusiya kəşfiyyatının xəbərdarlığı İŞİD-ın digər dini qurumları da radikallaşdıraraq silahlı mücadiləyə yönəldə biləcəklərini və bölgənin sabitliyini ciddi şəkildə sarsıda biləcəklərini göstərir. İŞİD-ın bölgədə xaos yaradıb, Orta Şərqdə etdiyi kimi, bir mühacir axını meydana gətirmə və bu insani axışı Orta Asiya ölkələrində olduğu qədər, Rusiyanın da içinə doğru daşıma məqsədi olduğunu düşünürəm".
 
TÜRK-RUS FƏALİYYƏTİ KRİTİK ƏHƏMİYYƏTDƏDİR
 
"Türkiyənin Rusiya ilə ortaq təhlükəsizlik fəaliyyətləri kritik dərəcədə əhəmiyyətlidir. Əvvəlcə təhdidin yayıldığı bölgələrin Türk respublikaları olması, bu ölkələrin Rusiya və Türkiyə ilə çox yaxın bağlarının olması və həm Türkiyə, həm də Rusiyanın hal-hazırda bu terror təşkilatına qarşı ortaq bir mübarizə içində təcrübəli olmaları səbəbindən Türkiyənin də bölgənin təhlükəsizliyi üçün ciddi bir qatqı təqdim edə biləcəyini düşünürəm".
Müxalifət.az