“Orta Asiya ölkələri Rusiyadan silah almasın” – ABŞ generalı

Baxış sayı:
4756

“Amerika Birləşmiş Ştatları Orta Asiya ölkələrinin Rusiyadan hərbi ticarəti dayandırmağı və bu sahədə özü ilə sazişlər bağlamasını istəyir”.
 
 Rusiyanın TASS agentliyinə görə, bu açıqlamanı 5 fevralda Senatın Silahlı Qüvvələr Komitəsindəki çıxışında ABŞ Ordusunun Qərargah Komandanı (CENTCOM) general Cozef Votel edib.
Votel çıxışında, "Orta Asiya ölkələrini Rusiyadan hərbi təhcizatdan uzaqlaşdırmağa çalışırıq. Ancaq Amerika silahları üçün ödənəcək yüksək qiymətlər, məsələn, Qazaxıstan kimi ölkələr üçün bir problem təşkil etməyə davam edəcəkdir" - deyib.
 "Özbəkistan hərbi ləvazimatlarını şaxələndirməyə maraq göstərdiyini və satın almaq istədikləri Amerikan silahları və avadanlıqlarının bir siyahısını verib. Bu maraq Özbəkistanı Rusiyadan gələn hərbi təhcizatdan uzaqlaşdırmaq və əlaqələrimizi dərinləşdirmək üçün unikal bir fürsət verir” deyib.
General Moskvanın Tacikistanda təsirini və ölkənin paytaxtı ətrafındakı bazasında hərbi varlığını artırmasına baxmayaraq, bu ölkə ilə hərbi sahədə əlaqələr qurmağa davam etdiklərini deyib.
Müxalifət.az