Orqanlarını bağışlayanalara qəbir pulsuz veriləcək - QƏRİBƏ QƏRAR

Baxış sayı:
7546

İranda öz orqanların pulsuz bağışlayan şəxslərə qəbir yerləri pulsuz veriləcək.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin Orqan Köçürülməsi və Xəstəliklərin Müalicəsi şöbəsinin rəhbəri Mehdi Şadnuş informasiya verib.
O birdirib ki, bu addımı atmaqda səbəb insanlar arasında ehtiyacı olanlara orqanların pulsuz verilməsi mədəniyyətinin yayılmasına töhfə verməkdir.
Mehdi Şadnuş həmçinin, orqan verən şəxsin ailəsindən də bir nəfərə pulsuz qəbir yerinin veriləcəyini deyib.
Şadnuşun sözlərinə görə, proqramın ölkənin bütün bölgələrində həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, İranda son dövrlər insanların kasıblıq üzündən daxili orqanlarını satdıqları ilə bağlı tez-tez xəbərlər yayılır.