Orqan qaçaqmalçısı HƏKİMLƏR YAXALANDI! MÜŞTƏRİLƏR KİMLƏR OLUB…

Baxış sayı:
3058

Orqanını bağışlayanlardan aldıqları böyrəkləri zəngin İsrailli və Ərəblərə satan orqan qaçaqmalçısı 2 həkim, yaxalanaraq həbsə məhkum edilib.
 
Həkimlərin Priştindəki klinikasına edilən basqından təxminən on il sonra, əsasən Türkiyə, Rusiya, Moldova və Qazaxıstandan orqan bağışlayanlardan böyrəklərini “Medicus in Pristina”-da aldıqdan sonra zəngin İsraillilərə satan ikiqat günahkar hesab olunaraq həbsə məhkum edilib.
 
ORTALAMA GƏLİR 100 MİN AVRO
 
Ürolog həkim Lütfi Dərvişi və Anestezoloq Sokol Hajdini orqan bağışlayanlardan aldıqları böyrəkləri əksəriyyəti zəngin İsrailli və Ərəb müştərilərinə satarkən orta hesabla 100 min avro gəlir əldə edirdilər. Orqan bağışlayanların çoxunu isə "saxta ödəniş ümidləri" ilə tələyə saldıqları ortaya çıxıb.
Cümə günü keçirilən məhkəmədə "insan alveri” ilə ittiham olunan iki həkimə hökm oxunub. Lütfi Dərviş 7.5 il həbs və 8 min avro pul cəzası ilə iki il peşədən məhrum edilmə, Hajdininin isə bir il həbsinə hökm edilib.
İlk dəfə 2013-ci ildə məhkum olunan ikilinin mühakiməsi qarşı iclasda aparılan əlverişsiz prosedura görə, Kassasiya Məhkəməsi tərəfindən alçaldılmışdı.
 
TÜRK FRANKEŞTAYN
 
Digər üç şübhəli isə hələ də qaçaq olaraq axtarılır. Bunlardan biri Dərviş klinikasında çalışan və qaçaq olan Arbandır. Digər biri "Türk Frankeştayn" kimi tanınan orqan qaçaqmalçısı Doktor Yusif Sönməzdir. Və üçüncüsü də Kiprdə İnterpol tərəfindən yaxalanaraq Kosovoya ekstradisiyası istənən İsrail vətəndaşıdır.
Müxalifət.az