Orduya təlimat: İSRAİLƏ QARŞI HAZIR OLUN!

Livan Ordusununu rəhbərliyi İsraillə sərhəddəki əsgərlərə düşmənin təhdid və hücumlarına qarşı hər an hazır olmalar təlimatını verib.
 
Livan Ordusunun Twitter hesabından yaydığı açıqlamaya görə, Livan Ordusunun Komandiri, cənub sərhədindəki əsgərləri "İsrailli düşmənin təhdid və hücumları" ilə üzləşmək üçün hər an "tam hazır" olmağa çağırıb.
Livan Ordusunun Komandiri general Cozef Ovun, əsgərləri İsrail sərhədindəki "sabitliyin qorunması" üçün 1701 saylı BMT Qərarının "yaxşı həyata keçirilməsi" üçün daim sayıq olmağa çağırıb.
Qeyd edək ki, Livan ordusu, 2006-ci ildəki İsrail ilə Livan Hizbullahı arasındakı döyüşü sona çatdıran qərardan dolayı, sərhədin kənarındakı təhlükəsizlikdən məsuldur.
Müxalifət.az