Orduya hərbi çevriliş çağırışı etdi

Baxış sayı:
9331

Venesuelada özünü prezident elan edən Milli Məclisin sədri Guaido paytaxt Karakasın Sanda Monica bölgəsində nümayişçilərlə görüşüb. Xuan Guaido burada etdiyi çıxışında, prezident Nikolas Maduro və hökumətini hədəf alıb.
 
Ordu, polis və bütün təhlükəsizlik gücləri ilə təmas halında olduğunu iddia edən Guaido, "Prezident postunun qəsb olunmasının sona çatması çox yaxındır. Qısa bir müddət sonra iş ofisinə ehtiyacımız olacaq. Silahlı qüvvələrin dəstəyini alan kimi dərhal Mirafloresə (prezident sarayı) gedib, ofisimə keçəcəyəm" deyib.
Guaido həmçinin, 23 fevralda uğursuzluqla nəticələnən "humanitar yardım" cəhdinə səhnə olan Kolumbiya şəhəri Cucutada, onlar üçün yeni "humanitar yardım" hazırlandığını bildirib.
Bu yardımlara Venesuelalıların ehtiyacı olduğunu deyən və hökumətdən sərhəd qapılarını açmasını istəyən Guaido, "Bütün qəlbimizlə ərzaqsız və dərmansız yüzlərlə Venesuelaya yardım edilməsinə icazə vermələrini arzulayırıq" deyib.
Müxalifət.az