Ordusuna “Müharibəyə hazır olun” əmrini verdi

Baxış sayı:
6319

Çinin dövlət başçısı Xi Jinping yüksək səviyyəli komandirlər ilə görüşündə ölkənin fövqəladə reaksiyasının gücləndirməli və müharibəyə hazırlıq üçün lazım olan hər şeyin edilməli olduğunu söyləyib. Çin dövlət başçısı sonra bunları deyib: "Dünya heç bir əsrdə görmədiyi böyük dəyişikliklərlə üzləşir. Çinin inkişaf etməsi üçün vacib bir fürsəti var. Silahlı qüvvələr fövqəladə hallara dərhal cavab verməli və birgə əməliyyat imkanlarını artırmalı və yeni toqquşma qüvvələri yaratmalıdırlar". Dünya mətbuatı Çinin Cənubi Çin dənizindəki torpaq münaqişələrindən, ABŞ ilə ticarət mübahisələrindən və Tayvanın statusu ilə bağlı mövcud olan gərginlik səbəbindən ordusunu gücləndirmək üçün çalışdığını yazır. Müxalifət.az