​Ordunun həmləsinə İLK CAVAB gəldi: Kürdlər ayağa qalxdı

Baxış sayı:
5440

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən PKK-terror təşkilatına qarşı Fərat çayının şərqində həyata keçiriləcək 3-cü ortaq hərbi hərəkat Suriya Demokratik Qüvvələrini (SDQ) hərəkətə keçirib.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, YPG terror təşkilatının tərkibində olduğu SDQ-nin ali baş komandanı Məzlum Kobani Fərat çayının şərqindəki kürd qüvvələrinin hücumlara qarşı müdafiəyə hazır olduğunu və türk ordusuna dirənəcəklərini bildirib.
Həm YPG-nin, həm də SDQ-nin qurucularından olan Kobani ordunun ilk açıqlamasını “Röyters” agentliyinə və “Əl Mayadin” televiziyasına verib.
Qeyd edək ki, daha öncə suriyalı kürdlərin təktərəfli olaraq elan etdiyi muxtar hakimiyyət məsələ ilə bağlı açıqlama vermişdi. Açıqlamada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sadəcə suriyalı kürdlərin nəzarətindəki bölgələri deyil, Suriyanın ərazi bütövlüyünü hədəf aldığı, beynəlxalq hüququ pozduğu iddia edilmişdi.