​Ordumuzun tank bölmələri məşğələlərə başladı

Baxış sayı:
5284

Azərbaycan ordusunun tank bölmələri intensiv məşğələlərə başlayıb.
Bu barədə Muxalifet.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məqsəd yeni tədris dövründə qoşunların hazırlıq planına əsasən tank hərbi hissə və bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və hərtərəfli praktiki vərdişlərinin təkmilləşdirilməsidir. Bu istiqamətində məqsədyönlü fəaliyyət üzrə intensiv məşğələlərə başlayıblar.