Ordumuz üçün 100 milyon manatdan çox pul toplandı

Baxış sayı:
6703

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı bəlli olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu il iyunun 1-dək fonda 99.845.168,79 AZN, 213.577,88 ABŞ dolları, 16.636,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.