“Ordumuz Qarabağı işğaldan azad etmək gücündədir...” -Qarabağ qazisindən çağırış

Baxış sayı:
10471

Qarabağ qazisi Rey Kərimoğlu bildirib ki, Azərbaycan ordusu Qarabağı işğaldan azad etmək gücündədir. Bu məsələdə heç Rusiya da bizə mane ola bilməz. Amma biz bu məsələni uzadırıq: “Azərbaycan ordusu Qarabağı işğaldan azad etmək gücündədir! Heç Rusiya da bizə mane ola bilməz! Amma uzadırıq!”

Rey Kərimoğlunun fikirlərinə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı dəstək verib.

“Yeni Müsavat”a açıqlamasında Akif Nağı bildirdi ki, Qarabağ qazisinin bu fikrini tam dəstəkləyir. Azərbaycan heç kəsdən, o cümlədən Rusiyadan çəkinməməli və hərbi əməliyyatlara başlamalıdır:“Amma biz özümüzü Rusiyaya qarşı qoymalı deyilik. Düşmənimiz ermənidir, torpaqlarımızı Ermənistan işğal edib. Ona görə də biz Rusiyaya qarşı deyil, işğalçı Ermənistanın qoşunlarını torpaqlarımızdan çıxarmaq üçün müharibəyə başladığımızı elan etməliyik. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi onun hüququdur. Bu hüququ ona BMT qətnamələri, beynəlxalq konvensiyalar, eyni zamanda özünün konstitusiyası verir. Ona görə də biz torpaqlarımızın azadlığı naminə ədalətli müharibəyə başlamalıyıq. Rusiyaya da bunu bəyan etməliyik. Eyni zamanda, Ermənistanın arxasında dayanan istənilən qüvvədən, o cümlədən Rusiyadan çəkinməməliyik. Ermənistanın  arxasında kim dayanır-dayansın, biz Ermənistanı onu müttəfiqləri müdafiə etsə belə, məğlub etməyə qadirik”.

Ä°lgili resim

Akif Nağının sözlərinə görə, Rusiya Azərbaycan kimi zəngin və geostrateji əhəmiyyətli ölkə ilə birlikdə olmaq istəyirsə, heç vaxt işğalçı Ermənistanın arxasında dayanmayacaq, yaxud dayanarsa, regionda bütün mövqelərini itirəcək:“Müşahidələrimizə görə, Rusiya rəhbərliyi bunu artıq dərk edir. Ona görə bütün gücü ilə çalışır ki, hərbi əməliyyatlar başlamasın və hazırkı status-kvo davam etsin. Mümkündür ki, hərbi əməliyyatlar başlansa Rusiya neytral qalsın və Ermənistana əvvəlki dəstəyini verməsin. Ona görə də biz ləngimədən ərazi bütövlüyümüzü bərpa etmək üçün hərbi əməliyyatlara başlamalıyıq. Azərbaycan ordusunun imkanları bu müharibədən qalib çıxacağımızı təmin edəcək”./musavat.com