“Ordumuz macəraçı bir Baş nazirin əlində oyun kartı olmamalıdır” – Aşotyan

Baxış sayı:
5611

“Hakimiyyət, bizim hərbi heyətin Nikol Paşinyanın təşəbbüsü ilə Suriyaya göndərildiyi barədə mənim təkidimi qəbul etdi. Mövzu mənim diqqət mərkəzimdə qalmaqda davam edəcək. Ordumuz, hərbçilərimiz bir macəraçı baş nazirin əlində oyun kartına çevrilməməlidir”.

 
Ermənistanın keçmiş deputatı Armen Aşotyan “Facebook” səhifəsində humanitar məqsədlər üçün erməni mütəxəssislərinin Suriyaya göndərilməsi təşəbbüsünə münasibət bildirib. 
Onun qeydlərində deyilir: “Suriyaya erməni qoşunlarının göndərilməsi ilə bağlı tərəfimdən qaldırılan səs-küyün ilk gününü yekunlaşdırsaq, belə nəticəyə gəlmək olar:
1. Hakimiyyət, onlardan şok edici qanunsuzluqların hüquqi əsaslarının tələb edilməsinə görə çaxnaşmaya düşüb. Nəhayət, onlar 2001-ci ildə Ermənistan Suriya Müdafiə Nazirlikləri arasında imzalanmış hansısa bir razılaşma sənədi üzərində dayanıblar (!!!).
2. Hakimiyyət hələ də Suriya hökümətinin Ermənistana rəsmi müraciətini açıqlamır.
3. Suriyada erməni heyətin müdafiəsi və digər zəmanəti haqqında heç bir fakta söykənən söz, hüquqi əsas yoxdur. 
4. Hakimiyyət bizim hərbi heyətin Nikol Paşinyanın təşəbbüsü ilə Suriyaya göndərildiyi barədə mənim təkidimi qəbul etdi. Mövzu mənim diqqət mərkəzimdə qalmaqda davam edəcək. Ordumuz, hərbçilərimiz bir macəraçı baş nazirinin əlində oyun kartına çevrilməməlidir”.