ORDUDAKI CASUS ŞƏBƏKƏSİNİN "BEŞİNCİ KOLON"LA BAĞLANTISI...

Natiq Miri: “Bu şəbəkənin Rusiya xüsusi xidmət orqanları ilə də əlaqəsi olmamış deyil”
“İndi münbit mühit yarandığı üçün bu məsələni ictimailəşdiriblər”
 
Dünən güc strukturlarının millləti, vətəni düşmən ölkəyə - Ermənistana satan 42 nəfər hərbi qulluqçu və mülki şəxs haqqında yaydığı bəynat cəmiyyətdə böyük rezonans doğurdu. Əslində, bu, həqiqətən də çox ciddi məsələdir. Müharibə şəraitində düşmənə qarşı xalqın birliyi lazım olduğu halda, düşmən dəyirmanına su tökmək iyənc bir faktdır.
Amma bu məsələdə həbs olunan 42 nəfərin hamısının vətən xaini olmasını düşünmək tezdir.  Ona görə ki, hələ həmin adamlar haqqında məhkəmə qərarı yoxdur. Məhkəmə sübut edəcək ki, həmin şəxslər həqiqətən vətən xainidir, yoxsa yox.
Lakin Azərbaycanın Qərbyönümlü siyasət yürütməsi dönəmində məsələnin icimailəşməsi xüsusilə diqqəti çəkir. Belə ki, artıq Azərbaycan ilin əvvəlindən Qərblə danışıqları intensivləşdirib, “Asossasiya sazişi” imzalanmasa da, danışıqlardan Azərbaycan-Avropa münasibətlərinin müsbət məcraya yönəldiyi aydın görünür. Bu baxımdan, ölkəmizin gələcəkdə Qərbə yönəlik bir dövlət olcağını düşünmək olar.
Qeyd edək ki, məsələ ilə bağlı dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.

“Casus şəbəkəsi varsa, belə bir şəbəkənin təkcə Ermənistana deyil, həm də Rusiyaya nə qədər bağlılığı məsələsi araşdırılmalıdır”

“Azərbaycanda düşmənə işləyə biləcək bir şəbəkənin mövcud olması və bunun  xüsusilə də dövlətin orta dirəklərindən biri olan ordunun tərkibində olması, açığı, çox dəhşətli bir hadisədir”, - deyən politoloq Natiq Miri Hurriyyet.org-a bildirdi ki, bu məsələnin həm sosialoji, psixoloji, həm də siyasi tərəfləri var:
“Çünki düşmən tərəfə işləyən Azərbaycan hərbçilərinin movcud olması, eyni zamanda bu prosesin içərisində mülki şəxslərin olması cəmiyyəti sarsıdan bir hadisədir. Bu, Azərbaycan cəmiyyətində heç də xoş bir presedent yaradacaq olay deyil. Bu məsələyə bir də siyasi nöqteyi-nəzərdən baxanda, mənə elə gəlir ki, bu şəbəkəyə həm də Azərbaycan daxilində ola biləcək bir siyasi dəstəyə də diqqət etmək lazımdır. Bu, o qədər həssas bir məsələdir ki, belə xəyanət şəbəkəsi varsa, Azərbaycan daxilində hansısa siyasi mərkəzlərə bağlılığının olub-olmaması ciddi surətdə araşdırılmalıdır. Düşünürəm ki, belə bir casus şəbəkəsi varsa, belə bir şəbəkənin təkcə Ermənistana deyil, həm də Rusiyaya nə qədər bağlılığı məsələsinı diqqət edilməlidir. Çünki Ermənistanla belə bir şəbəkənin əlaqəsi varsa, təxmin etmək olar ki, o şəbəkənin Rusiya xüsusi xidmət orqanları ilə də əlaqəsi olmamış deyil”.

“Casus şəbəkəsinin “beşinci kolon”a nə qədər bağlı olub-olmadığı da ciddi araşdırılmalıdır”

N.Miri vurğuladı ki, bu gün Azərbaycan cəmiyyətində, eyni zamanda da hakimiyyətin içində ən güclü şəbəkə Rusiyameylli “beşinci kolon”dur: “Ona görə də, düşünürəm ki, məsələni bir də bu kontekstdən dəyərləndirmək lazımdır. Həmin casus şəbəkəsinin “beşinci kolon”a nə qədər bağlı olub-olmadığı ciddi araşdırılmalıdır. Bu məsələnin nə qədər həssas olduğunu anladığım üçün, düşünürəm ki, bu araşdırmalar çox məxfi surətdə aparılacaq və  ictimaiyyətə o qədər də çox dərinliyinə qədər açıqlanmayacaq. Ancaq hər bir halda cəmiyyət üçün açıqlanmasa belə, casus şəbəkəsinin həm özü, həm də siyası bağlılığı ciddi araşdırılmalı və zərərsizləşdirilməlidr. Niyə? Çünki onların siyasi bağlı olduğu mərkəzlər ləğv olunmasa, gələcəkdə bu cür casus şəbəkəsi yenidən Azərbaycanda siyasi dəstəklə dirçələ bilər. Ona görə də bu problemi kökündən həll etmək üçün təkcə bu casus şəbəkəsi deyil, onların bağlı olduğu bütün siyasi, hərbi və digər qüvvələrin hamısı ortaya çıxarılmalı və tamamilə zərəsiziləşdirilməlidir. Yalnız bundan sonra artıq Azərbaycan ordusunun, cəmiyyətinin təhlükəsizliyi barədə danışmaq olar. Əks təqdirdə bu cür şəbəkələr və onların bağlı olduğu mərkəzlər Azərbaycanda var oduqca həm Azərbaycanın keçirdiyi hərbi əməliyyatların düşmənə sızmasına, həm də Azərbaycanın daxilində istənilən təhlükəli terror hadisələrinin törədilməsinə şərait yarancaq. Ona görə, bu hadisə Azərbaycan dövləti, cəmiyyəti üçün ciddi bir siqnal olmalıdır və buna yönəlik bütün adekvat addımlar atılmalıdır və düşünürəm ki, atılacaq”.

“Ola bilsin ki, bu proses bir neçə ay bundan əvvəl de-şifrə olunub”

N.Miri hesab edir ki, belə bir casus şəbəkəsinin ortalığa çıxarılması bir günün işi deyil: “Bu, görünür, uzun müddətli izlənilib, bu prosesin üstündə işləyən mexanizmlər var. Hiss olunur ki, xüsusi xidmət orqanları bunun üstündə çox ciddi işləyiblər. Ona görə də, düşünürəm ki, bu cür şəbəkələrin tamamilə bütün əlaqələri ortaya çıxarılandan sonra bu məsələ ictimailəşdirilib. Bu şəbəkənin neytrallaşdırılmasından sonra bunun ictimailəşməsi üçün xüsusi bir zaman seçilib. Yəni ola bilsin ki, bu proses bir neçə ay bundan əvvəl de-şifrə olunub, tamamilə bu şəbəkə zərərsizləşdirilib, sadəcə bunun ictimailəşməsi məsələsi xüsusi zamana qalıb.
Bu gün Azərbaycanda Qərbə inteqrasiya xətti gücləndikcə, iqtsadi və siyasi islahatların keçirilməsinə qərar veriləndən sonra casus şəbəkəsinin zərəsizləşdirilməsi məsələsinin ictimailəşdirilməsinə ehtiyac qalıb. Ona görə də zaman baxımından uyğun ola bilər”.

“Azərbaycan hakimiyyəti monolit deyil”

N.Mirinin fikrincə, Azərbaycan hakimiyyəti monolit olmadığından, bu cür problemlər yaranır: “Kim düşünürsə ki, Azərbaycan siyasi hakimiyyəti monolit bir komandadan ibarətdir, mənə elə gəlir ki, bu doğru deyil. Azərbaycanın içərisində Qərbə inteqrasiya xəttini dəstəkləyən qüvvələr var. Eyni zamanda Azərbaycanın daha çox Rusiyaya yönəlik siyasət yürütməsini də dəstəkləyən xüsusi siyasi cərəyan, mərkəz və şəbəkələr var. O baxımdan, ola bilsin ki, hakimiyyət daxilində olan həmin siyasi mübarizənin nəticəsi olaraq bu cür məsələnin içtimailəşməsi ortaya çıxıb. Ona görə, burada zaman məsələsi çox önəmlidir, bu məsələnin hansı zamanda icimailəşməsini ölçüb-biçiblər. Görünür, əhəmiyyətli zaman bu gün imiş ki, bu məsələ ictimailəşdirildi”.

“Hakimiyyətin içində ishlahata yönəlik olan qrup getdikcə daha da güclənməyə başlayır”

Natiq Miri xatırlatdı ki, əslində, aprel hadisələrindən sonra bu cür xəyanət şəbəkəsinin mövcudluğu haqqında icimaiyyətdə müəyyən infomasiyalar dolaşırdı: “Sadəcə olaraq aprel ayından üzü bəri artıq proses gedir. Görünür, bu hadisənin üstündə çox ciddi işlənilib. Ancaq, qeyd etdiyim kimi, mənə elə gəlir ki, bunun ictimai təqdimatının daha çox bü günə ehtiyacı olub. İndi münbit mühit yarandığı üçün bunu ictimailəşdiriblər.
Artıq Azərbaycanda Qərbə inteqrasiya və islahatlar yönündə ciddi stuktur addımları atılır və bunun fonunda hiss olunur ki, hakimiyyətin içində ishlahata yönəlik olan qrup getdikcə daha da güclənməyə başlayır. Artıq Azərbaycanın bütün strukturlarında bu cür hərkətlənmələr hiss olunur. Belə olan şəraitdə, görünür, hakimiyyətin başında duran şəxslər hesab edib ki, artıq bu informasiyanın ictimaildirilməsinə münbit mühit vardır”.

“Həm Avropada, həm də Amerikada siyasi hakimiyyətin rəhbərliyinə dəstək veriləcək”

N.Miri hesab edir ki, bu informasiyanın ictimailəşdirilməsi həm də dolayısı ilə siyasi hakimiyyətin rəhbərliyinə də müəyyən xarici dəstəyi şərtləndirəcək: “Həm Avropada, həm də Amerikada həmin siyasi hakimiyyətin rəhbərliyinə dəstək veriləcək”.

Hurriyyet.org