Orduda psixoloqların sayı artırılır: Əsgərlərin “dəli olmaq” ehtimalını önləmək üçün..!

Baxış sayı:
10798

Yaxın gələcəkdə Ermənistan ordusunda psixoloqların sayının artırılması nəzərdə tutulur.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, nizam-intizam pozuntusunun ənənə halını aldığı erməni ordusunda gərginliyin atması, fərarilik hallarının çoxalması, eləcə də aqressiya və qarşıdurmaların güclənməsi rəsmi İrəvanı ciddi şəkildə naraaht etməkdədir. Məhz bu narahatlığın nəticəsidir ki, erməni hərbi-siyasi rəhbərliyi yaxın gələcəkdə orduda psixoloqların sayını artırmaq niyyətindədir. Komandanlıq hesab edir ki, psixoloqların çoxluğu əsgərlərin əhval-ruhiyyəsinə daha yaxşı nəzarət etməyə imkan verəcək, hərbçiləri aqressiv davranışdan çəkindirəcək.
Mütəxəssislər isə hesab edir ki, problemin həlli orduda psixoloqların sayını artırmaqdan deyil, ciddi nizam-intizam formalaşdırmaqdan, eləcə də hərbçilərin sosial vəziyyətini yaxşılaşdırmaqdan keçir. Nə qədər ki, bu yoxdur, odudakı psixoloqlar hərbçilər arasında yaşanan şiddət və qarşıdurmaların növbəti tamaşaçılarından və qurbanlarından biri olacaqlar.