“Orduda korrupsiya faktları mövcuddur...” - Ermənistanın sabiq müdafiə naziri

Baxış sayı:
11551

“2016-cı ildə baş verən döyüşlərin detallarının araşdırılması üçün parlamentin istintaq komissiyasının yaradılması təhlükəlidir”.
Muxalifet.az ordu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın sabiq Baş və Müdafiə naziri, ictimai şuranın sədri Vazgen Manukyan deyib.
Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə aparmaqla hansısa şeyləri dağıtmaq olmaz.
“İlk növbədə deməliyəm ki, parlament ordunun işlərinə qarışmamalıdır. Keçən aylar ərzində baş verənləri gördükdən sonra əminəm ki, ordunun işlərinə sonadək qarışacaqlar. Müharibə məsələlərinin parlamentdə müzakirəsinin əleyhinəyəm. 2016-cı ildə baş verən döyüşlərin detallarının araşdırılması üçün parlamentin istintaq komissiyasının yaradılması təhlükəlidir. Doğrudur orduda korrupsiya faktları mövcuddur və mən bunu inkar edə bilmərəm. Lakin korrupsiyaya qarşı mübarizə aparmaqla hansısa şeyləri dağıtmaq olmaz. Mən Ermənistanın bağlanmasını arzu etməzdim. Aprel döyüşlərinin istintaqı aparılmalıdır”, - deyə Manukyan bildirib. 
Xatırladaq ki, mayın 31-də erməni parlamentinin sədri Ararat Mirzoyan bəyan edib ki, 2016-cı ilin aprel döyüşlərinin detallarının araşdırılması üzrə istintaq komissiyası yaradılıb.
Erməni parlamentinin əsasnaməsinə əsasən istintaq komissiyasına parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan rəhbərlik etməlidir. 
Mayın 20-də Ermənistan Baş naziri Nikol Paşinyan məhkəmə hüquq sistemi haqqında çıxışı zamanı qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərinin detallarının araşdırılması üzrə parlament komissiyasının yaradılması və hər kəsi narahat edən bir sıra sualların cavablarının verilməsinin zamanı yetişib.