​Ordu Türkiyə sərhədinə doğru İRƏLİLƏYİR

Kərkük şəhərinin ardınca Qızıl Körpü və Quştəpə ərazilərini peşmərgə qüvvələrindən geri alan İraq ordusu digər tərəfdən Mosul sərhədi yaxınlığından Türkiyəyə doğru irəliləyir.
Ordu Türkiyənin Habur sərhəd qapısına alternativ olaraq istifadə etməyə hazırlaşdığı Ovaköy xəttini tamamilə ələ keçirməyə hazırlaşır. Rəsmi Bağdad peşmərgə lideri Bərzaninin qaçış yolu olan Ovaköy yolunu təhlükəsiz hala gətirməyi palnlaşdırıb.
Peşmərgə isə ard-arda bütün əraziləri ələ keçirən İraq ordusunun qarşısını almaqda çətinlik çəkir. Onlar Səddam Hüseynin dövründən qalan körpüləri darmadağın edir və bu kimi vandal hərəkətlər həyata keçirir.
Bərzaninin qüvvələri 1980-ci ildə inşa edilən körpünü partlatmaqla İraq ordusunun irəliləyişini ləngitmək istəyir.