Ordu çağırış etdi: “Ayıq olun, çevrilişə imkan verməyin”!

Baxış sayı:
1921

 Sudan ordusu ölkə və vətəndaşların təhlükəsizliyi, həyatları və mülklərini qorumağa tam sadiq olduqlarını bəyan edib.
 
Ordudan edilən yazılı açıqlamada, müdafiə naziri Avad bin Avf, Sudanın baş qərargah rəisi ordu generalı Kamal Abdulmaruf ilə kapitan və leytenant rütbəsində zabitlərin iştirakı ilə bir toplantı keçirildiyi bildirilib.
İclasda əsgərlərin rəhbərləri ətrafında birləşdiyi, konstitusiya vəzifələrinə tabe olma, xaosa sürükləmək cəhdləri qarşısında ölkəni təhlükə və təhdidlərdən qorumaq məsələsində qərarlı və istəkli olduğu vurğulanıb.
İclasda ordu mənsublarına, ayıq olunması və çevriliş cəhdində olanlara imkan verilməməsi tələb olunub.
Müxalifət.az