​Orbanın ABŞ-a səfəri: Eks-səfirin proqnozu reallaşacaqmı?

Baxış sayı:
9472

Macarıstanın Baş naziri Viktor Orbanın ABŞ Prezidenti Donald Trampla qarşıdakı danışıqları Macarıstanın diplomatik baxımdan təcrid olunmasının 10 illik dövrünün başa çatması ilə əlamətdardır.
Muxalifet.az azertac-a istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Macarıstandakı səfiri Eypril Foli “Vaşinqton Tayms” qəzetinə müsahibəsində bu cür cəsarətli proqnozla çıxış edib.
“Orbanın ABŞ Prezidenti Trampla bazar ertəsinə planlaşdırılan görüşü müttəfiqlərimizlə sıx əməkdaşlığın saxlanmasını ABŞ xarici siyasətinin başlıca strateji məqsədi hesab edən Macarıstanın mənim kimi dostları tərəfindən çox yaxşı qarşılanır”, - deyə sabiq səfir müsahibəsində qeyd edib. O deyib: “Barak Obamanın prezidentliyi dövründə Mərkəzi və Qərbi Avropa ölkələri haqlı olaraq hiss edirdilər ki, onlara məhəl qoyulmur, ovaxtkı ABŞ Administrasiyasının kənarda münasibətlərin qurulmasına istiqamətlənmiş səyləri Amerikanın Avropada yaydığı çoxdankı dostluğu pozurdu”.
Diplomat, həmçinin qeyd edib ki, ABŞ-ın əvvəlki rəhbərlərinin Macarıstanın daxili işlərinə müdaxiləsi və tənqidi fikirləri ikitərəfli münasibətlərdə dərin izlər buraxıb.
Foli ABŞ-ın Macarıstana və ümumilikdə regiona münasibətdə siyasət kursunu dəyişməsinə görə Tramp Administrasiyasına minnətdarlığını bildirib. “Dövlət katibi Mayk Pompeonun qətiyyətli rəhbərliyi təxminən on illik uğursuz siyasəti dəyişmək üçün cəsarətli qərarın qəbul edilməsinə səbəb oldu”, - deyə Foli sözünə yekun vurub.