​"Oraya çatsaydım, Kılıçdaroğlunun üzərinə avtomobili sürəcəkdim"

Baxış sayı:
217

Oraya çatsaydım, Kamal Kılıçdaroğlunun üzərinə avtomobili sürüb, manevr edəcəkdim.
Muxalifet.az xəbər verir ki, bu sözləri CHP sədri Kamal Kılıçdaroğlunun rəhbərliyi altında təşkil edilən Ədalət Yürüşünə hücum edən Oğuzxan Qorxmaz deyib.

Qorxmaz məhkəmədə verdiyi ifadədə 2015-ci ildə Suriyaya gedərək Nüsrə Cəbhəsinə qatılmaq istədiyini, orada İŞİD-çi Əbu Yusiflə görüşdüyünü bildirib. Daha sonra isə o, Türkiyəyə deportasiya edilib.
Qeyd edək ki, Oğuzxan və onunla bərabər 4 nəfər avtomobili Ədalət Yürüşünə qatılanların üzərinə sürüb. Bundan əlavə, o, İŞİD-lə əlaqədə ittiham edilir.