Oqtay Şirəliyevin qızı Mədəniyyət naziri təyin edildi - TƏCİLİ
25-09-2018 22:16
Baxış sayı:
9616
Şirəliyeva Nərmin Oqtay qızı Moskva diyarının Mədəniyyət naziri təyin edilib. Muxalifet.az aznews.az-a istinadən xəbər verir ki, bu barədə Moskva diyarının qubernatoru Andrey Vorobyev məlumat verib. O, məlumatı region hökumətinin iclasında səsləndirib: “Moskva diyarının icra hakimiyyətində dəyişiklik var. Mədəniyyət naziri postuna Nərmin Şirəliyevanı təyin etmişəm”. Xatırladaq ki, N. Şirəliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, müxtəlif kütləvi informasiya vasitələrində çalışıb. İngilis və fransız dillərini bilir. 2013-cü ildən Moskva qubernatorunun administrasiyasında çalışıb.