“Oqtay Əsədovun adından istifadə edib, DÖVLƏT VƏSAİTİNİ TALAN EDİR” – GÖYÇAYDAN ŞOK MƏKTUB

Göyçay rayonunun bir qrup sakini tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məktubda "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin müdiri İlqar Mütəllibovun qanunsuz əməllərindən bəhs olunur:
“"Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin müdiri İlqar Mütəllibovun cinayət fəaliyyəti ilə məşğul olmasını təsdiq edən konkret subutları mətbuat vasitəsi ilə hüquq mühafizə orqanlarına və ictimaiyyətə təqdim edirik. Hansı ki, təqdim etdiyimiz bu subutlar əsas veriri ki, dövlət vəsaitini talan etməklə, saxtakarlıqla məşğul olan "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin müdiri İlqar Mütəllibov dərhal həbs edilsin.
Belə ki, "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin müdiri İlqar Mütəllibov Göyçay rayonunun kəndlərindəki  artezian matorlarını başqa-başqa şəxslərə icarəyə verib, aylıq pulu cibinə qoyur. Cəyirli kəndindəki artezianda su nasosu matoristi kimi Cavanşir Rəsulovun adı sənədləşdirilsə də, oranı Baba adlı şəxsə ayı 1000 manata icarəyə verib. Baba adlı şəxs artezian suyunun satışı ilə məşğul olur.
Qarabağlar kəndindəki artezianda su nasosu matoristi Vüqar adlı şəxs sənədləşdirilsə də, oranı Elbrus adlı şəxsə icarəyə verib.
Şəhadət kəndindəki artezianda  Tamara Mollayevanın adı sənədləşdirilsə də, Rəşid adlı şəxsə icarəyə verilmişdir.
Göyçay rayonundakı bütün artezianlar başqa şəxslərə ayı 1000 manata icarəyə verilmişdir. Rayon ərazisində sahibkarlıq obyektlərinin əksəriyyətinə istifadə etdikləri suya görə, əhali sayğacı qoyulub. Hansı ki, qanuna əsasən, kommersiya obyektlərinə qeyri-əhali sayğacları quraşdırılıb, həmin tariflə pul  hesablanmalıdır. Bu isə küllü miqdarda pul edirki, İlqar Mütəllibovun birbaşa cibinə gedir.
Həmçinin İlqar Mütəllibovun özünə və qohumlarına məxsus çoxlu sayda kommersiya obyektlərinə əhali sayğacı qoyulub və bir-neçəsində isə sayğacdan kənar su xəttləri qoşulub pulsuz istifadə edilir. Həmçinin çoxunda su sayğacı mexanikidir, bir neçəsində isə sayğac olsa da qeydiyyatı yoxdur.
Göyçay şəhərinin  Karl Marks küçəsindəki dönərxanada, "Muxtaroğlu" şirniyyat sexində, dörd yol ərazisindəki "Ağ Market" də, Göyçay rayon polis şöbəsinin arxasında yerləşən mebel sexində, "Dostluq" kafesində,  dayısı oğlu Elşad Mahmudova məxsus gözəllik salonunda, Tələbə Dövlət Komisiyyası binasında yoxlama aparılsa, bu, tam subut olunacaq.
Həmçinin mərkəzi su anbarının yanından qeydiyyatsız, sənədləşdilimədən saxtakarlıqla  40-lıq boru ilə istixanalara su verib, aldığı pulu cibinə qoyur.
Qanuna əsasən, qeyri-əhali sayğacları kommersiya obyektlərinə texniki işləri daxil olmaqla 248 manata quraşdırılmalıdır. Ancaq İlqar Mütəllibov  248 manat dövlət rüsumundan əlavə kommersiya obyektindən 300-400 manat əlavə pul alır.
Bir çox sahibkarlar isə İlqar Mütəllibova şəxsən pul versələr də onların obyektlərinə su sayğacları quraşdırılmayıb ki, həmin sahibkarlar süründürməçiliyə məruz qalıblar. “Min bir xırdavat” mağazasının sahibi Mahir adlı şəxs, Lepka sexinin sahibi Ələkbər adlı şəxs qanunu pullarını keçirsələr də indiyə qədər onların obyektlərinə su sayğacı çəkilməyib. Zöhrab adlı şəxsin yuyucu sexinə pul alıb sayğac qoyulsa da qeydiyyata aldırmadan pulu alıb cibinə qoyub.
"Göyçay Sukanal" Törəmə Səhdar Cəmiyyətinə məxsus avtomobillərin heç biri icbari sığorta edilməyib və texniki baxışdan keçirilməyib. Su maşınları hamısı icarəyə verilib, su satışı ilə məşğul olurlar. İdarəyə məxsus ekskavator ayı 400 manata icarəyə verilib.
İdarəyə baş anbardar vəzifəsinə təyin edilmiş Samir Adıgözəlov ruhi xəstə olduğu üçün hərbi xidmətə yararsız hesab edilib, iş stajı olmaya, 11-ci sinifi qurtaran və ruhi xəstə olan İlqar Mütəllibovu küllü miqdarda rüşvət alıb bu vəzifəyə təyin edib.

Qışda donvurma nəticəsində yararsız hala düşmüş smartkart sayğaclarının yerinə Gəncədən 21 manata alınmış mexaniki sayğaclar hər bir abonentin evinə 70 manata quraşdırılmışdı. İlqar Mütəllibov köhnə su anbarındakı 400-500 ölçülü su borularını və bina evlərindəki su şəbəkələrini qanunsuz olaraq sökdürüb satdırıb.
Qeyd edək ki, İlqar Mütəllibov tez-tez qumar oynamqla, narkotika qəbul etməklə məşğul olur. Onu narkoloji testdən keçirsələr, bu tam subut olunacaq. O ara adamdır ki, təsadüfən bu vəzifəyə təyin edilib. İlqar Mütəllibov həttda latın əlifbası ilə yazıb-oxumağı belə bacarmır. Bu adam o qədər savadsızdır ki, 31 Mart soyqırım günündə işçiləri bayram günü münasibəti ilə təbrik edib. İşçilərin isti sudan istifadə etməsi üçün su anbarına qoyulmuş areston aparatını aparıb öz evinə qoydurub. Onun bütün bu korrupsiya işlərini sağ əli olan nəzarətçi Vahid Hüseynov aparır. Vahid Hüseynovun nəzarət etdiyi küçələrdə su xətlərinin qanunsuz qoşulmaları aşkar ounaraq akt tərtib edilib İlqar Mütəllibova təqdim edildikdə, o, həmin aktları cırıb atmışdır. Çünki bu saxtakarlıq əmələri ilə əldə olunan pullar İlqar Mütəllibovun cibinə axır. Nəzarətçi Vahid Hüseynov məxsus  "Ömür" aptekində sudan istifadəyə görə qanunsuz olaraq əhali sayğacından istifadə edilir.
İlqar Mütəllibov hamının yanında danışır ki, məni bu vəzifəyə bir başa spiker Oktay Əsədov təyin etdirib, arxamda o dayanır, həttda Bakıya gedəndə spikerin xidməti avtomobilindən istifadə edirəm. Təxminən bir neçə ay əvvəl İlqar Mütəllibovun qızı dələduzluq cinayətinə görə Bakının Nəsimi rayonunda 22-ci polis bölməsində saxlanılıb, hazırda isə barəsində cinayət işi istintaq edilir. Müdirin qızı dələduzluq yolu ilə bir neçə şəxsin küllü miqdarda pullarını aldadıb alıb.
Mətbaut vasitəsi ilə hüquq mühafizə orqanlarından xahiş edirik, bu şikayətimizdə göstərdiyimiz faktları yerində obyektiv araşdırıb dövlətin vəsaitini talan edən korrupsioner, saxtakar, narkoman İlqar Mütəllibovun barəsində ciddi tədbirlər görsünlər. Həmçinin onun narkoloji testdən keçirilməsi təmin olunmasını xahiş edirik. Korrupsionerin, saxtakarın, narkomanın, qumarbazın və savadsızın vəzifədə nə işi var. İlqar Mütəllibovun yeri zindan olmalıdır”.
Qeyd edək ki, məktuba Göyçay rayonunun aşağıdakı sakinləri imza atıb:
Əliyev Soltan Teyyub oğlu 
Məmmədova Maisə Qalib qızı
Səmədov Ağamusa Kamal oğlu
Qədirli Oruc Vidadi oğlu


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.