Oqtay Əsədovdan Zahid Orucun çıxışına reaksiya:“Çalış, gələn dəfə tez-tez danış..."

Baxış sayı:
435

Milli Məclisin bu gün keçirilən plenar iclasında uzun müddətdir danışmayan deputat, Sosial Tədqiqatlar Mərkəzinin direktoru Zahid Oruc söz aldı və bəzi dövlət qurumlarını tənqid etib. Mərkəz rəhbəri 3 ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş etdiyini açıqlayaraq bəzi dövlət qurumlarını aktiv olmağa çağırıb.

İçərişəhər Dövlət Qoruğunda söküntülərin olması ilə bağlı mediada dərc olunmuş məlumatlardan sonra Birinci vitse-prezident Mehriban Əliyevanın həmin əraziyə gəldiyini və mətbuat qarşısına çıxaraq bu mövzuya nöqtə qoyduğunu xatırladan Z.Oruc, müvafiq idarənin operativ davranmamasına diqqət çəkib. Z.Oruc həmçinin “Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi bina ətrafında şou yaradıldığını da vurğulayıb.

Ardınca o, Gəncə hadisələri zamanı həbsxanda vəfat edən Aydın Qurbanovun ölümü ətrafında baş verənlərə də toxunub. Z.Oruc bildirib ki, dövlət qurumları informasiya siyasətini düzgün qurmalıdırlar: “Məhbus öldükdən 3 gün sonra Baş Prokurorluq və Penitensiar Xidmət açıqlama verib. Bu, düzgün yanaşma deyil. 3 gün ərzində həmin adamın cəsədini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokrorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi. Cənab prezident onlara gen-bol şərait yaradıb, rahat şəraitləri var. Həmin o Rəşad Atakişiyev polis məkdaşını qətlə yetirdiyi üçün məhv edilib. Aylarla onun üzərində çəkilişlər etmək, onun məram-məqasədini cəmiyyətə çatdırmaq olardı”.

Oqtay Əsədov Zahid Oruca bildirib ki, çoxdandır danışmırdın deyə, sənə söz verdik: “Dediyin sözlərdə həqiqət var. Çalış, gələn dəfə tez-tez danış, darıxırıq sən danışmayanda. Amma gündəlik ətrafında danış!”

Deputat Qüdrət Həsənquliyev isə Z.Orucun dedikləri ilə razılaşmadı: “Dövlət qurumlarında nöqsanlar var. Amma o fikirdə deyiləm ki, həmin orqanlar vətəndaşları dövlətin üzərinə qaldırmaq istəyirlər. Bu, kifayət qədər ciddi ittiham oldu”.