Oqtay Gülalıyevin müalicəsi Bakıda davam etdirilir - HÜQUQ MÜDAFİƏÇİSİNİN SƏHHƏTİ HAQDA AÇIQLAMA

Baxış sayı:
3814

Hüquq müdafiəçisi Oqtay Gülalıyev uzun müddət İstanbulda “Amerika hospitalı” klinikasında müalicə aldıqdan sonra Bakıya qaytarılıb. Onun müalicəsi ev şəraitində davam etdirilir. Bu barədə fəalın həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

Uçuş hüquq müdafiəçisinin vəziyyətinə təsir etməyib, deyə o bildirib. Oqtay əllərini oynadır, gözlərini açır, amma hələ özünə gəlməyib, deyə həyat yoldaşı qeyd edib.

Gülalıyevə qulluq və onun müalicəsi üçün tibbi heyət ayrılıb. Ailə özü Gülalıyevin Bakıya qayıdıb evdə müalicə olunmasını istəyib.

Xatırladaq ki, 2019-cu il oktyabrın 29-da YNH nəticəsində Gülalıyev kəllə-beyin travması alıb və bir neçə saat sonra komaya düşüb. O, yalnız növbəti gün əməliyyat olunub və mütəxəssislərin qiymətləndirmələrinə görə, bu müddət ərzində beyinə qansızma çoxalıb.

Sonradan Heydər Əliyev Fondunun tapşırığı ilə Gülalıyev Türkiyəyə aparılıb, orada bir neçə əməliyyat keçirilib. Müsbət dinamikaya baxmayaraq, o, hələ özünə gəlməyib.

YNH haqqında iş üzrə təqsirləndirilən şəxs qismində taksi sürücüsü Kənan Abdullayev cəlb edilib. Əvvəlcə ona qarşı Azərbaycan CM-in 263.1-ci maddəsi (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına orta ağır xəsarət yetirilməsinə gətirib çıxardıqda) ilə ittiham irəli sürülüb, amma indi o, CM-in 263.1-1-ci maddəsi ilə - zərərçəkmişin sağlamlığına ağr xəsarət yetirməkdə ittiham olunur. Onu gözləyən maksimum cəza 3 il azadlıqdan məhrumetmə cəzasıdır.