"Opel" "VAZ-21011"lə toqquşdu: Ölən var

Baxış sayı:
9904

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 8-də saat 12 radələrində Bərdə şəhəri ərazisində E.Rəhimovun idarə etdiyi “Opel” və Ə.Kərimovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Kərimov, sərnişinləri D.Hüseynova və Yunis Həmidov xəstəxanaya yerləşdirib. Y.Həmidov orada ölüb. Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.