​OPEK Rusiya ilə bağlı proqnozunu dəyişdi

OPEK 2017-ci ildə Rusiyada neft hasilatı proqnozunu sutkada 11,07 milyon barelə qədər artırıb.
 
Belə ki,bu, əvvəlki qiymətləndirmə ilə müqayisədə 30 min barel çoxdur.
Beləliklə, OPEK 2017-ci ildə Rusiyada neft hasilatının 2016-cı ildəki səviyyədən sutkada 10 min barel az olacağını gözləyir./Trend/