​OPEK-dən neftin hasilatı ilə bağlı razılıq...

Baxış sayı:
139

OPEK-ə üzv ölkələr Vyanada keçirilən iclasda hasilatın azaldılmasına dair prinsipcə razılığa gəliblər. Açıq qalan sual hasilatın hansı həcmdə azaldılması və əsas qeyri-OPEK ölkəsi Rusiyanın hasilatın azaldılmasında iştirakı ilə bağlıdır.
Muxalifet.az xəbər verir ki, gündəlik hasilatın 1 milyon barrel azaldılmasının kifayət edəcəyi qənaətində olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih dekabrın 7-də axşamadək qeyri-OPEK ölkələri ilə də razılaşma əldə ediləcəyinə ümidvar olduğunu bildirib.
Agentliyin məlumatında, həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı Rusiyanı hasilatı gündəlik 250-300 min barrel aşağı salması ilə bağlı danışıqlar aparır.