OPEC ölkələri neft hasilatını azaltdı
4-12-2019 14:47
Baxış sayı:
3943
Neft hasilatının ixtisarı ilə bağlı razılaşmada iştirak edən OPEC+ ölkələri oktyabrda planı 142% yerinə yetirib.
TASS xəbər verir ki, Vyanada OPEC+ texniki komitəsinin iclasının nəticələri məlum olub.
Razılaşmaya imza atan ölkələr neft hasilatını gündə 1,2 milyon barel əvəzinə 1,7 milyon barel azaldıb. Beləliklə də, nef hasilatının miqdarı baza üçün qəbul edilmiş səviyyəyə çatıb.
Oktyabrda OPEC ölkələri sazişin şərtlərini 142%, qeyri-OPEC ölkələri isə 141% icra ediblər.
Muxalifet.az